Xəzər Xəbər

Bakıda nəqliyyat qovşağı istifadəyə verilib - VİDEO

Veb TV | 19:43 • 15 Aprel 2019
Bakıda nəqliyyat qovşağı istifadəyə verilib -

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində müasir tələblərə cavab verən nəqliyyat qovşağı istifadəyə verilib.

Xezerxeber.az-ın məlumatına görə, kompleksdə dispetçer və bilet satışı məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri təşkil edilib. Kompleksin ərazisi genişləndirilərək yaşıllıq zolağı təşkil edilib. Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri vahid məkanda yerləşdirilib.

Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb.

Nəqliyyat qovşağında Almaniyanın "SAP" şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində "SAP" texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu, həmçinin şəhərlərarası və beynəlxalq avtobusların salonundakı vəziyyəti müəyyən etməyə imkan verəcək. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir. Qovşaq ərazisində yeni yaradılan Sumqayıt avtostansiyasında 9 marşrut xətti üzrə 78 avtobus fəaliyyət götərəcək. Gələcəkdə marşrut xətlərinin və avtobusların sayının artırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti