Xəzər Xəbər

Sumqayıtda parkomatlar niyə sökülür? - VİDEO

Veb TV | 19:16 • 26 Mart 2019
Sumqayıtda parkomatlar niyə sökülür? -

Sumqayıt şəhərində parkomatlar sökülərək götürülür.

Xezerxeber.az-ın məlumatına görə, şəhər ərazisindəki parkomatların sökülməsinə başlanılıb. Artıq parkomatların çoxu sökülüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə parkomatların sökülməsindən xəbərsiz olduqları bildirilib.

Parkinqə nəzarət edənlər isə deyiblər ki, parkomatların sökülməsi Sumqayıtdakı müvəqqəti saxlama dayanacaqlarında tətbiq ediləcək yeni sistemlə bağlıdır. Yeni sistemə əsasən, avtomobili park edən sürücü ödənişi parkomatlara deyil, parklanma nəzarətçilərinə edəcək.

Nəzarətçilərin ödənişi qəbul edə bilmələri üçün onlara yeni elektron cihazlar veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti