Xəzər Xəbər

İranda selin yaratdığı dəhşət - VİDEO

Veb TV | 11:59 • 26 Mart 2019
İranda selin yaratdığı dəhşət -

Xəbər verildiyi kimi, İranın cənub-qərbində yerləşən Fars vilayətinin Şiraz şəhərində güclü sel nəticəsində 20 nəfər ölüb, təqribən 40 nəfər yaralanıb.

Aramsız yağan yağışlar nəticəsində yaranan sel Şirazın tarixi "Dərvazeye Qoran” məntəqəsində baş verib və iki yüz avtomobili sıradan çıxarıb.

Məlumatlara görə, hadisədən zərərçəkənlərin əksər hissəsi Novruz bayramı ilə əlaqədar şəhərə qonaq gələnlər olub. İranın tarixi bazarlarından olan Şirazın "Bazare vəkil” məntəqəsinin bir çox hissəni su basıb.

Xəbər lenti