Xəzər Xəbər

Başına ağac budağı düşən gənc oğlan öldü VİDEO

Veb TV | 18:13 • 21 Mart 2019
Başına ağac budağı düşən gənc oğlan öldü

Göyçay rayonunda yerli sakinin başına ağac budağı düşüb.

Hadisə axşam saatlarında şəhərin mərkəzi N.Nərimanov küçəsində baş verib.


1996-cı il təvəllüdlü şəhər sakini Akif Kərimov yol kənarındakı piyada zolağı ilə gedərkən irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qoparaq onun başına düşüb.

Ağır kəllə-beyin travması alaraq huşunu itirən A.Kərimov ətrafdakıların köməkliyilə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti