Xəzər Xəbər

Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib - VİDEO

Veb TV | 19:08 • 18 Mart 2019
Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib -

"Azərbaycan qlobal neft bazarında balansı saxlamaq üçün dəstəyini davam etdirəcək".

Xezerxeber.az-ın məlumatına görə, açıqlama bu gün Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında verilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan tədbirdə 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub. İclasda enegetika naziri Pərviz Şahbazov, OPEC-in Baş katibi Məhəmməd Barkindo, OPEC-in prezidenti Manuel Kevedo Fernandes, OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih iştirak ediblər. Çıxş edənlər bildiriblər ki, qlobal neft tədarükünün səviyyəsini normallaşdırmaq əsas məqsədlərdəndir.

Energetika naziri Pərviz Şahbazov çıxışında bildirib ki, Azərbaycan balanslaşma ilə bağlı razılaşmaya sadiqdir və bunun üçün dəstəyini davam etdirəcək.

Sonra Qazaxıstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Nigeriya OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinə yeni üzv seçiliblər.

İclasdan sonra mətbuat konfransı keçirilib. Bildirilib ki, OPEC və qeyri-OPEC ölkələri ilə əldə olunan neft hasilatının azaldılmasına dair sazişə fevralda 90 faiz əməl edilib.

Energetika naziri Pərviz Şahbazov da deyib ki, Azərbaycan OPEC+ çərçivəsində üzərinə götürdüyü yeni öhdəliyi tam yerinə yetirməyə çalışır.

Bildirilib ki, OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər.

Qeyd edək ki, bu günkü tədbirdə OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası may ayında Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilməsi barədə qərar qəbul edilib. İyunun 25-də isə OPEC-in iclası baş tutacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti