Xəzər Xəbər

Bazarda quru meyvələrə tələbat artıb – QİYMƏTLƏR – VİDEO

Veb TV | 19:39 • 15 Mart 2019
Bazarda quru meyvələrə tələbat artıb

Növbənövmeyvə quruları...

Novruz bayramı ilə əlaqədar təbii meyvələrlə yanaşı, onların qurusuna da təlabat artıb.Bazarda hər növ çərəzə rast gəlmək mümkündür. Ən çox alınan isə bayramla əlaqədar süfrələrə düzülən quru meyvələrdir.

Bayram süfrəsinin bəzəyi olan quru meyvələrlə yanaşı, bazarlarda satılan ekzotik meyyvələrin də qurusuna maraq çoxdur. Belə meyvələrin qiymətləri də müxtəlifdir.

Quru meyvələrin qiymətlərində ciddi dəyişiklik hiss olunmur. Lakin yenə də alıcılar bayrama 5 gün qalmış almağa üstünlük verirlər.

Satıcılar bayrama yaxın qiymətlərin artacağını istisna etmir.Ona görə də xarab olmayan və dadını itirməyən quru meyvələrin alışını son günə saxlamağı məsləhət görmürlər.

Xəbər lenti