Xəzər Xəbər

Abituriyentlərin nəzərinə! Ali məktəblərə ərizə qəbulu başladı - VİDEO

Veb TV | 19:09 • 15 Mart 2019
Abituriyentlərin nəzərinə!

Bu gündən 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb. Ərizələrin qəbulu aprelin 15-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olaraq elektron ərizə formasını doldura və təsdiq edə bilərlər.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, Abituriyentlər yazda və ya yayda keçirilən imtahanlardan hansında iştirak etmək istədiklərini elektron ərizədə qeyd etməlidirlər.

5-ci ixtisas qrupu üzrə imtahan vermək, eləcə də kolleclərə qəbul olmaq istəyənlər ərizədəki xüsusi bölmələrdə qeydlər aparmalıdırlar. Cari ilin məzunları və imtahanda ilk dəfə iştirak edənlər üçün heç bir ödəniş tələb olunmur. Əvvəlki illərin indiyədək imtahanda iştirak etmiş məzunları isə 40 manat ödəniş etməli olacaqlar. Əksər abituriyentlər ərizələrini sənəd qəbulu komissiyalarına getmədən, özləri elektron qaydada təsdiq edə bilərlər.

"Abituriyent" jurnalının 2 nömrəli buraxılışı da artıq satışdadır. Tələbə qəbulu elanı, müsabiqə şərtləri və qəbul qaydaları ilə bağlı bütün məlumatlar jurnalda öz əksini tapıb.

Xəbər lenti