Xəzər Xəbər

Sərnişinlər gələn avtobusları görmür VİDEO

Veb TV | 19:00 • 15 Mart 2019
Sərnişinlər gələn avtobusları görmür

Sərnişinlər gələn avtobusları görmür, sürücülər də dayanacağa yaxınlaşmaqdaçətinlik çəkirlər.

Görüntülər Paytaxtın Xatai rayonu ərazisində metronun Əhmədli stansiyasından Xalqlar Dostluğu stansiyası istiqamətində gedən yolun sağ kənarındakı dayancaqdandır.Bu dayanacağın yaxınlığında taksilərin və ölkəxaricinə işləyən avtobusların park etməsi sürücülər və sərnişinləri üçün çətinlik yaradır.Avtobus sürücüləri sərnişinləri vaxtında görmədiklərindəndayanacağı keçib saxlamalı olurlar.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov ''Xəzər Xəbərə'' bildirdi ki, polisi əməkdaşları artıq həmin üvana baxış keçiriblər.Baxış zamanı avtobus dayanacağının yaxınlığında avtomobilləri park edən sürücülər barəsində inzibati qaydada cərimə tətbiq edilib.Belə sürücülər bundan sonra da cərimə ediləcək.

Xatırladaq ki,bu qaydanı pozan sürücüləri 40 manat miqdarında cərimə gözləyir.

Xəbər lenti