Xəzər Xəbər

“Baba”dan narkotik aldı, polisə yaxalandı VİDEO

Veb TV | 18:43 • 15 Mart 2019
“Baba”dan narkotik aldı, polisə yaxalandı

İnternet üzərindən narkotik alan şəxs tutulub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Kürdəmir rayon sakini Namiq Cəbrayılovu tutub. Araşdırma zamanı müəyyən edilib ki, Namiq Cəbrayılov onlayn ödəmə terminalları vasitəsilə pul köçürərək psixotrop maddə alıb.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən narkotik vasitənin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, ''Baba'' kimi tanınan şəxs tərəfindən təşkil edilib. Həmin şəxs müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək əsasən gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələr təklif edib. Araşdırma zamanı məlum olub ki, o, sifarişi qəbul etdikdən sonra narkotik vasitələrin pulunu ödəmə terminalı vasitəsilə qəbul edib. Pul hesaba köçürüldükdən sonra narkotik vasitələr əvvəlcədən razılaşdırılmış yerlərdə müştərilərə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, ''Baba' adlı şəxsin adı indiyədək bir çox cinayət hadisələrində hallanıb. Belə ki, indiyədək ifşa olunmuş narkotik tərkibli maddələr və psixotrop həblər satan bir neçə qrupun onunla əlaqəsi aşkar olunub. Onun Türkiyədə yaşadığı və internet üzərindən narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilir.

Xəbər lenti