Xəzər Xəbər

Bakıda silsilə oğurluqlar edən şəxs tutuldu VİDEO

Veb TV | 18:30 • 15 Mart 2019
Bakıda silsilə oğurluqlar edən şəxs tutuldu

Avtomobillərdən silsilə oğurluqlar edən şəxs tutulub.

Hadisə paytaxtın Xətai rayonunda baş verib. Polis daxil olan şikayət əsasında əməliyyat keçirib. Nəticədə Masallı rayon sakini Rafiq Tağıyev saxlanılıb. Araşdırma zamanı onun Xətai rayonu ərazisində 4 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonlarından pul, telefon və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Rafiq Tağıyevin ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın Nərimanov rayonunda da 10 avtomobildən oğurluq etdiyi müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb. Rafiq Tağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti