Xəzər Xəbər

Bakıda maşın yandı – VİDEO

Veb TV | 12:13 • 15 Mart 2019
Bakıda maşın yandı –

Bakının Nizami rayonunda minik maşını yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.


Verilən məlumata görə, bu gecə Bakı şəhərinin Nizami rayonunda,"Koroğlu" stansiyası yaxınlığında "İran Khodro” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.


Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisənin görüntülərini təqdim edirik:

Xəbər lenti