Xəzər Xəbər

Prezident bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşüb VİDEO

Veb TV | 20:57 • 14 Mart 2019
Prezident bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşüb

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşüb. Dövlət başçısı Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti Ilir Meta, Bosniya və Herseqovinanın rəyasət heyətinin üzvü Şefik Caferoviç, Moldova prezidenti İqor Dodon, Monteneqro prezidenti Milo Cukanoviç, Bolqarıstanın baş naziri Boyko Borisov, Rumıniyanın baş nazirinin müavini xanım Ana Birçallabir araya gəlib.

Prezident İlham Əliyev əvvəlcə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanı ilə təktəbək görüşüb. Bugörüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Dövlət başçısı Əfqanıstan Prezidentinin səfərinin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fürsətlər yaradacağını qeyd edib. Prezident Məhəmməd Əşrəf Qani isə nəqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirib. Sonra prezidentlərin iştirakı ilə ölkələrimiz arasında dəmiryolları, informasiya və kommunikasiya texnologiyaları, mədəniyyətsahəsində əməkdaşlıq sənədləri imzalanıb.

Prezidentİlham Əliyev Albaniya Prezidenti İlir Meta ilədə görüşüb. Dövlət başçısı TAP layihəsinə toxunaraq qeyd edib ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident İlham Əliyev vurğulayıb ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. Prezident İlir Meta isə Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirib.

Dövlət başçısının Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə də görüşü olub. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı dost ölkə olan Bosniya və Herseqovinanın parlamentində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç isə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı maraq əsasında inkişaf etdirildiyini bildirib.

Sonra Prezidentİlham ƏliyevMoldova Prezidenti İqor Dodon ilə görüşüb. Dövlət başçısı deyib ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önəmli bir platformadır. Eyni zamanda, bu Forum bizə ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır. Moldova Prezidenti İqor Dodon isə bildirib ki, bu Forum beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platformadır..

Prezident İlham Əliyevin Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü də olub. Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələrin olduğunu və birgə uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında Monteneqronun iştirakının da təqdirəlayiq olduğunu, bu layihənin həyata keçirilməsinin ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracağını bildirib. Monteneqro Prezidenti qeyd edib ki, Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər və Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.

Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçalla görüşü olub. Xanım Ana Birçal qeyd edib ki, bu il Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi qeyd olunur. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edildi. Dövlətbaşçısıölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar olduğunu bildirib.

Xəbər lenti