Xəzər Xəbər

Sənədsiz evlərin sənədləşdirilməsi - Eskiz layihə üçün MTK-ya pul ödənilməlidir? - VİDEO

Veb TV | 20:27 • 14 Mart 2019
Sənədsiz evlərin sənədləşdirilməsi -

Dövlət başçısının tapşırığına əsasən yeni tikilən ancaq rəsmi olaraq istismara qəbul edilməyən binaların sənədləşdirilməsi sürətləndirilir. Ancaq bəzi tikinti şirkətləri bu proses üçün vətəndaşlara lazım olan sənədləri təmin etmək əvəzinə bu prosesəkölgə salmağa çalışırlar. Belə ki, vətəndaşlar mənzillərinə çıxarış almaq üçün aidiyyatı qurumlara maliyyə sənədi, müqavilə və mənzilin eskiz layihəsini təqdim etməlidirlər. Bəzi MTK-lar isə eskiz layihəni vətəndaşlara pulla satmağa başlayıb.

Əmlak eksperti Ramil Osmanlı bildirir ki, Mənzil Tikinti Kooperativlərinin bu addımı heç bir qanun, qaydaya uyğun gəlmir. Onlar həmin sənədi vətəndaşa verməyə borcludurlar.

Ramil Osmanlı onu da bildirir ki, qanunvericilikdə tikinti şirkəti rəhbərlərinin məsuliyyətə cəlb olunması ilə bağlı da kifayət qədər yeniliklər edilib və vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət edərək öz haqlarını bərpa edə bilərlər.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən "XəzərXəbər"ə bildirdilər ki, bu vəziyyətdə vətəndaşdan eskiz sənədinə görə pul tələb edilməsi tamamilə qanunsuzdur. Həmin sənədi vətəndaşa heç bir qarşılıq olmadan vermək tikinti şirkətlərinin borcudur.

Xəbər lenti