Xəzər Xəbər

Gəncədə maşın iki piyadanı vurdu: ölən var VİDEO

Veb TV | 19:49 • 14 Mart 2019
Gəncədə maşın iki piyadanı vurdu: ölən var

Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsibaş verib.

XəzərXəbər xəbər verir ki, 1995-ci il təvəllüdlü Kənan Rasim oğlu Abdullazadə idarə etdiyi "VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyadalar -Gəncə şəhər sakinləri 1964-cü il təvəllüdlü Səttar Əşrəf oğlu Qəribov və onun 29 yaşlı oğlu Anar Qəribovu vurub.

Hadisə nəticəsində S.Qəribov yerindəcə dünyasını dəyişib. Oğlu isə Gəncədə özəl xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti