Xəzər Xəbər

Göygöldə yük maşını agentlik işçisini vurub öldürdü VİDEO

Veb TV | 19:18 • 12 Fevral 2019
Göygöldə yük maşını agentlik işçisini vurub öldürdü

Bakı-Qazax avtomagistralınınGöygöl rayonu, Balçılı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daşkəsən rayon sakini Məmədov Mövsüm tərəfindən idarə edilən "KamAZ” markalı yük maşını yol kənarına qum tökmək üçün dayanmış, Azərbaycan Avtomobil Yolları Agentliyinə məxsus "UAZ” markalı avtomobilə çırpılıb.

Qəza nəticədə Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Allahverdiyev Tofiq ağır yaralanıb.

Ağır bədən xəsarətləri alan fəhləxəstəxanaya aparılan zaman yolda ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti