Xəzər Xəbər

Texasda 5 nəfər evdə güllələnərək qətlə yetirilib - VİDEO

Veb TV | 10:28 • 12 Fevral 2019
Texasda 5 nəfər evdə güllələnərək qətlə yetirilib -

ABŞ-ın Texas ştatının cənub-şərqində yerləşən Polk dairəsindəki fərdi evlərdən birində azı 5 nəfər qətlə yetirilib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Bildirilir ki, kütləvi qətl barədə məlumat yerli vaxtla 10.32-də daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları bir neçə nəfərin odlu silahla qətlə yetirildiyini təsdiq ediblər.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Xəbər lenti