Xəzər Xəbər

Azərbaycanda yol polisi postunda uşaq dünyaya gəldi VİDEO

Veb TV | 20:16 • 11 Fevral 2019
Azərbaycanda yol polisi postunda uşaq dünyaya gəldi

Yol polisləri bu dəfə övladını dünyaya gətirən hamilə qadına kömək ediblər. Hadisə ötən gün axşam saat 20:00 radələrində Nəvahi postu ərazisində baş verib. Avtobusla Bakıdan Mingəçevirə gedən hamilə qadının vəziyyəti pisləşdiyindən ona yol polisi əməkdaşları yardəm edib. Hamilə qadın qız uşağı dünyaya gətirib.

Ötən gecəsaat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan "Nəvai" postunda dayanıb. Sürücü postda xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib.

Məlum olub ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edib. Sərnişin dərhal postdakı tibb otağına aparılıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub. Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və polis əməkdaşlarının köməyi ilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib.

Polisəməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə çatdırılıb. Onların vəziyyəti normaldır.

Həkimlərin dediyinə görə yaxın iki gün ərzində ana və körpəsi evə buraxılacaq.

Xəbər lenti