Xəzər Xəbər

ŞAD XƏBƏR - Bu sahədə çalışanların ƏMƏKHAQQI ARTIRILACAQ - VİDEO

Veb TV | 19:10 • 11 Fevral 2019
ŞAD XƏBƏR -

Dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqının artırılması bir sıra dövlət və özəl sektorda çalışanların maaşlarının artmasına səbəb olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi martın 1-dən maaşı artacaq işçilərin kateqoriyalarını açıqlayıb.

Bu il martın 1-dən minimum əməkhaqqının 38.5 faiz, yəni 50 manat artırılaraq 180 manata çatdırılması ilə maaşları artan işçilərin kateqoriyaları bəlli olub. Bu dəyişikliklə çox sayda işçinin əməkhaqqlarında önəmli dərəcədə artım müşahidə olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Əbülfət Məhərrəmov maaş artımının hansı dövlət qurumlarını əhatə ediləcəyini də açıqlayıb.

Onu da qeyd edək ki, təhsil müəssisələrində diaqnostik qiymətləndirməyə cəlb edilməyən işçilərin də maaşları artacaq. Minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı üçün isə 335 milyon manatadək əlavə vəsait ayrılacaq.

Xəbər lenti