Xəzər Xəbər

“Rossiya 24” “Azərbaycan” pavilyonu barədə reportaj hazırladı

Veb TV | 18:50 • 11 Fevral 2019
“Rossiya 24” “Azərbaycan” pavilyonu barədə reportaj hazırladı

"Rossiya 24" televiziya kanalının "Vesti" proqramı Moskvanın xalq təsərrüfatı nailiyyətləri sərgisindəki "Azərbaycan" pavilyonunda aparılan bərpa işləri haqqında reportaj hazırlayıb. Reportajda sərginin ən əsas incilərindən biri - "Azərbaycan" pavilyonunda 1930-cu ilin orijinal rənglərinin bərpa edildiyi qeyd olunub.Bu ilin sonuAzərbaycan pavilyonunda ilk sərginin açılması gözlənilir.

"Şəbəkə" pəncərələr sanki ziyarətçiləri günəşli Azərbaycana aparır..

"Rossiya 24" telekanalı Azərbaycan pavilyonunda görülən işlər barədə reportaj hazırlayıb. Qeyd olunur ki, pavilyonda dekor elementləri - fiqurlar və divarda işlənmiş bəzəklər uzun onilliklər ərzində qalın rəng qatı altında qalmışdı. Hazırda mütəxəssislər interyerlərin orijinal rənglərini bərpa edirlər.

Azərbaycan pavilyonunun bərpası layihəsinin rəhbəri Nikolay Kurilo aparılan işlərdən danışaraq qeyd edib ki, binanın mozaik fasadı üzərində işlər artıq demək olar ki, başa çatıb. İnteryerin divara və tavana işlənmiş dekorlarının geniş tədqiqindən sonra onların surəti çıxarılır və 1939-cu ilin orijinal rəngləri bərpa edilir.

Pavilyonun əsas özəlliyi onun qorunub saxlanılmış orijinal dekorudur.

Moskva xalq təsərrüfatı nailiyyətləri sərgisinin tarixini araşdıran alim Pavel Nefedovun sözlərinə görə, "Azərbaycan" pavilyonu vaxtilə maarifçilik rolu da oynayıb və dünyada hələ də bu cür arxitektura növünün olduğunu nümayiş etdirib.

Üç aydan sonra pavilyonun yanlarında heykəllər qoyulacaq, qarşıdakı bağı isə iki fəvvarə bəzəyəcək. Binanın daxilində mütəxəssislər 8 zalı, dekor elementlərini bərpa edəcək, döşəməni mərmər ilə əvəzləyəcək və işıq fənərləri quraşdıracaqlar.

2019-cu ilin sonunda isə pavilyonda ilk sərginin açılması planlaşdırılır.

Xəbər lenti