Xəzər Xəbər

“Gördüm evin qapısı açıqdır, girdim” Qonşusunun evini yaran oğru - VİDEO

Veb TV | 20:00 • 16 Yanvar 2019
“Gördüm evin qapısı açıqdır, girdim”

Qubada qonşunun evindən oğurluq edən şəxs saxlanılıb.

Rayonun2-ci Nügədi kənd sakini İlham Qardaşəliyevrayon polis şöbəsinəmüraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığı barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməlini etiraf edərək, evdə heç kimin olmadığı vaxtda ora daxil olaraq 1600 manat pul oğurladığını, həmin pulları isə xərclədiyini bildirib.

Şirvan şəhər sakini Samid Əmrəliyevə məxsus oyun salonundan isə 2500 manat dəyərində müxtəlif cür oyun aparatları, həmçinin müşhaidə kamerasının yaddaş bloku oğurlanıb. Salonun sahibi deyir ki, əl izlərinə əsasən oğruların 3 nəfər olduğu ehtimal edilir. Onların obyektə gecə saat iki radələridə daxil olublar.

Hadisə ilə bağlı polisə məlumat verilib, əl və ayaq izlərindən nümunələr götürüb. Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbər lenti