Xəzər Xəbər

Lənkəran-Lerik yolu yenidən qurulur - VİDEO

Veb TV | 19:35 • 12 Yanvar 2019
Lənkəran-Lerik yolu yenidən qurulur -

Lənkəran-Lerik yolu yenidən qurulur.

Xezerxeber.az-ın məlumatına görə, yolda həmçinin istinad divarları tikilir, sürüşmə zonalarında bərkitmə işləri aparılır.

Yolun aktivliyinin daha çox müşahidə edildiyi hissələrində sürüşmənin qarşısını almaq üçün uzunluğu 100-150 metr, hündürlüyü 4, bəzi yerlərdə isə 5 metrə çatan beton istinad divarları tikilir, bardürlər düzülür.

Ərazidəki suötürücü qurğular, rabitə xətləri, işıq dirəkləri, elektrik və qaz xətləri də yenilənəcək. Hazırda isə 55 kilometrlik Lənkəran-Lerik yolu yenidən qurulur.

İşlərin yay aylarında başa çatdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti