Xəzər Xəbər

Bakıda falçı, Ağdaşda isə soyğunçu yaxalanıb - VİDEO

Veb TV | 19:30 • 12 Yanvar 2019
Bakıda falçı, Ağdaşda isə soyğunçu yaxalanıb -

Bakıda qadın fala baxmaq adı ilə vətəndaşın həm pulunu, həm də qızıl-zinət əşyalarını mənimsəyib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakıda baş verib.

Sabunçu qəsəbəsində yaşayan bir qadın Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək ötən ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin ümumilikdə ondan fala baxmaq adı ilə 600 manat və 4 min manatlıq qızıl-zinət əşyaları aldığını bildirib.

Məlumat daxil olan kimi 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb. O, ifadəsində qeyd edilən cinayəti törətdiyini etiraf edib. Fatimə Abdullayevanın fala baxmaq adı ilə digər şəxsləri aldatması istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Ağdaşda isə kücədə evinə gedən qadına qarşı soyğunçuluq edən şəxs polis tərəfindən saxlanılıb. Ağdaş şəhər sakini 45 yaşlı Könül İsmayılova piyada yaşadığı evə gedərkən axşam saatlarında naməlum şəxs ona hücum edib. Dərhal zərərçəkən rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus əl çantasının içərisində 1832 manat dəyərində nağd pul və əşyaları oğurlanıb. Araşdırmalar zamanı soyğunçuluq hadisəsini rayon sakini Toksim Quliyevin törətdiyi məlum olub.

Hadisəni törədən Toksim Quliyev pul və əşyaları götürdükdən sonra izi itirmək məqsədi ilə çantanı küçədə ataraq qaçıb. Saxlanılan Toksim Quliyev hadisəni etiraf edərək peşman olduğunu bildirib.

Faktla bağlı Ağdaş rayon Pols Şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti