Xəzər Xəbər

Parisdə partlayış: dörd nəfər həlak olub, çox sayda yaralı var - VİDEO

Veb TV | 16:52 • 12 Yanvar 2019
Parisdə partlayış: dörd nəfər həlak olub, çox sayda yaralı var -

Bu gün səhər saatlarında Parisdə baş vermiş partlayış nəticəsində dörd nəfər həlak olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Fransanın daxili işlər naziri Kristof Kastanerə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, həlak olanlardan ikisi yanğınsöndürəndir.


Bundan əvvəl 12-si ağır olmaqla, 36 nəfərin yaralandığı bildirilidi.


İlkin məlumata əsasən, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra binada yanğın başlayıb. Telekanal, həmçinin qeyd edir ki, hadisənin "sarı jiletlilər”in bu gün keçirilən növbəti etiraz aksiyası ilə heç bir əlaqəsi yoxdur.



Xəbər lenti