Xəzər Xəbər

İsmayıllıda meşəbəyi döyülüb - VİDEO

Veb TV | 19:39 • 11 Yanvar 2019
İsmayıllıda meşəbəyi döyülüb -

Meşə nəzarətçiləri hucuma məruz qalıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə İsmayıllıda Qalıncaq kəndinin meşə ərazisində olub.

Kənd sakinləri Etibar Cələdov və oğlu Tehran Cələdov meşədə qeyri-qanuni ağac kəsərkən həmin əraziyə nəzarət edən Rais Cəbiyev və Əkrəm Babayev tərəfindən aşkarlanıblar. Onlardan ağac kəsmələrini dayandırmaqları tələb olunub. Amma Tehran Cələdov əlindəki balta ilə meşəbəyi Rais Cəbiyevə hücum edərək onun qoluna zərbə endirib. Sonra ata və bala ərazidən uzaqlaşıblar. Yaralanan Meşəbəyi Rais Cəbiyev iş yoldaşi tərəfindən İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:



Xəbər lenti