Xəzər Xəbər

Qubada ticarət mərkəzi yanıb - VİDEO

Veb TV | 20:13 • 10 Yanvar 2019
Qubada ticarət mərkəzi yanıb -

Qubada ticarət mərkəzi yanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında Quba rayonunda, ticarət mərkəzlərinin birində olub.

Mağaza sahibləri səhər işə gələndə yanğın oldugunu görüblər. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı 5-dən artıq mağaza yanıb.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Sahibkarlara dəymiş ziyan hesablanır. Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəliblər. Yanğının başvermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar