Xəzər Xəbər

Nazirlik vergi ödəyicilərinə müraciət etdi - VİDEO

Veb TV | 20:29 • 10 Yanvar 2019
Nazirlik vergi ödəyicilərinə müraciət etdi -

Bundan sonra işsizlikdən sığorta və məcburi sosial sığorta üzrə hesabatlar Dövlət Sosial Müdafiə Fonduna deyil, vergi orqanlarına təqdim edilməlidir.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Vergilər Nazirliyi ödəyicilərə müraciət edib.

Vergilər Nazirliyinin vergi ödəyicilərinin qəbulu və xidmət şöbəsinin rəhbəri Məmməd Quliyev vurğulayıb ki, burda əsas məqsəd ödəyicilərin vergi inzibatçılığının yükünü azaltmaq, eləcə də hesabatlarla bağlı vahid quruma müraciəti təmin etməkdən ibarətdir. Sözügedən hesabatları elektron qaydada təqdim edə bilməyən ödəyicilər nazirliyin xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məmməd Quliyev bildirib ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının köçürüləcəyi hesablarda dəyişiklik yoxdur.

Vergi ödəyicilərinə bildirilib ki, hesabatlar vaxtında təqdim edilməlidir. Əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti