Xəzər Xəbər

Türkiyədə skandal Həkim qadınların çılpaq fotolarını ruslara ötürdü - VİDEO

Veb TV | 15:22 • 10 Yanvar 2019
Türkiyədə skandal

Türkiyədə Doqquz Eylül Universitetinin Tibb Fakültəsinin qadın xəstəlikləri və doğum şöbəsində qadınların çılpaq fotoları sosial şəbəkələrdə paylaşılıb.

Fotolar ilkin olaraq rusların tanışlıq saytlarında yerləşdirilib. 18 dekabr 2018-ci ildə paylaşılan video görüntüdə həkimin qadın pasiyentə "xocama göstərmək üçün foto çəkməyim lazımdır" deməsi diqqət çəkir.

Görüntüləri paylaşan şəxsin porno xarakterli səhifələrlə maraqlanması diqqət çəkib. Əcnəbi adlı profildən paylaşılan görüntülərin üçüncü şəxs tərəfindən ələ keçirildiyi ehtimal olunur.

Görüntülərdə yer alan qadınlarda biri ilə təmas quran DHA-nın müxbiri qeyd edib ki, zərərçəkən məlumatı eşidən kimi həkimi E.B.Ç barədə polisə şikayət edib.

Qadın ifadəsində bildirib ki, o, sonuncu dəfə yanvarın 4-də həkimə müraciət edib: "Görüntülər həmin gün çəkilib. Həkim məni müayinə edərkən qapını bağlamışdı. İçəridə başqa şəxs yox idi. Videonun başqa biri tərəfindən çəkilməsi mümkün deyil. Çox güman ki, gizli kamera ilə çəkilib".

Həkim saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Xəstəxanadan bildirilib ki, görüntülər kiber hücum nəticəsində ələ keçirilib və olayda iştirakı müəyyən olunan şəxslərin barəsində cinayət işi açılıb./teleqraf.com

Xəbər lenti