Xəzər Xəbər

Leonid Yakuboviç ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini danışıb - VİDEO

Veb TV | 20:41 • 7 Dekabr 2018
Leonid Yakuboviç ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini danışıb -

Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar bir çox tanınmış ictimai xadimlər xatirələrini bölüşməkdə davam edirlər.

''Moskva-Baku.ru'' saytının ''Tarixdəki şəxsiyyətlər- böyük ürəkli Heydər Əliyev'' başlıqlı silsilə layihəsində bu dəfə Rusiyanın xalq artisti, teleaparıcı və aktyor Leonid Yakuboviç ümummilli liderlə bağlı dərin təəssüratlarını dilə gətirib. Yakuboviç Heydər Əliyev ilə səmimi söhbət zamanı bütün həyatını ona danışdığını ilk dəfə etiraf edib.

Xezerxeber.az-ın məlumatına görə, Rusiyanın xalq artisti Leonid Yakuboviç Heydər Əliyev ilə bağlı xatirələrini danışarkən səmimi olduğu qədər də heyrətlidir. Kədərini gizlədə bilmir, tez-tez fikrə dalır Yakuboviç. Sankı bu an o, 27 ildən çoxdur, "Pole Çudes" şousuna aparıcılıq etdiyini, aktyor, ssenarist və hazırcavablığını bir kənara qoyaraq, özü ilə baş-başadır. O, bir suala ömrünün 73-cü ilində də cavab tapa bilmir. Necə oldu ki, Leonid Arkadiyeviç Yakuboviç bütün həyatını Heydər Əliyevə danışdı?!

Leonid Yakuboviç '' Moskva-Baku.ru '' saytına müsahibəsində Heydər Əliyevin fenomenal bir şəxsiyyət olduğunu deyib. Onun fikrincə, Heydər Əliyev həm zəkalı, həm də intellektual idi. Bu isə insanı heyrətə gətirirdi.

Rusiyanın xalq artisti Heydər Əliyev ilə oğlu, Prezident İlham Əliyevin xarakterlərindəki bənzərliyə də diqqət çəkib.

Leonid Yakuboviç Bakıda bir neçə dəfə olduğunu və Fəxri Xiyabanın onda böyük təəssürat yaratdığını deyib. O, buranın qəbiristanlıq yox, tarixi özündə yaşadan bir park olduğunu bildirib.

''Təsəvvür edə bilməzdim ki, post-sovet məkanında belə bir yer var. Fəxri Xiyaban elə bir yerdir ki, bura yüzlərlə memorialdan daha güclü təsir bağışlayır. Burada analar uşaqları ilə gəzişir. Onlar öz övladlarına deyirlər- "Bax təbiətin qoynunda, açıq səmanın, günəşin altında, çiçəkli ağacların arasındadakı bu məzarda böyük Heydər Əliyev uyuyur". Və balaca uşaqlar o heykələ baxıb dərk edirlər ki, bu gün baş verənləri Heydər Əliyevə borcludurlar'' - Leonid Yakuboviç Heydər Əliyevlə bağlı təəssüratlarını bu sözlərlə tamamlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar