Xəzər Xəbər

Yuri Lujkov: Heydər Əliyev böyük qəlbli insan idi VİDEO

Veb TV | 20:12 • 6 Dekabr 2018
Yuri Lujkov: Heydər Əliyev böyük qəlbli insan idi

''Moskva-Baku.ru'' saytıHeydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar '' tarixdəki şəxsiyyətlər- böyük ürəkli Heydər Əliyev'' başlıqlı silsilə materiallar dərc edib. Layihə çərçivəsində 1992-2010-cuillərdə Moskvanın meri olmuş Yuri Lujkov Heydər Əliyevlə bağlı xatirələrini danışıb. O, Ümummilli Liderlə bağlı bir çoxlarının ilk dəfə eşidəcəyi məqamlara toxunub.

Heydər Əliyevlə bağlı xatirələrinə keçməzdən əvvəl Moskvanın sabiq meri oxucuları Azərbaycan dilində salamlayıb.

Yuri Lujkov Heydər Əliyevin unikal potensiala malik görkəmli siyasi fiqur olduğunu bildirib. O, Ümummilli Lideri hələ sovet dövründən tanıdığını deyib və Heydər Əliyevin həm şəxsi, həm də siyasi lider kimi keyfiyyətlərindən danışıb.

Yuri Lujkov Sovetlər İttifaqı dağılandan sonra ölkəsini irəliyə aparan liderlər sırasında Heydər Əliyevin birinci olduğunu bildirib. O, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı naminə atdığı strateji addımlardan danışıb. 20 Yanvar hadisələrinin Heydər Əliyevinşəxsiyyəti, baxışlar sistemi, düşüncələri, prinsipləri və məqsədlərinə təsir etdiyini bildirib. Baş verənlərin onu Sovet İttifaqı rəhbərliyi, ilk növbədə, Mixail Qorbaçovun bacarıqsızlığına qarşı etiraza təhrik etdiyini deyib. Moskvanın sabiq meri xatirələrində bir çoxları üçün gizli olanməqamlara da toxunub.

Yuri Lujkovun sözlərinə görə, Azərbaycanın lideri olaraq Heydər Əliyevdən danışarkən, biz onu uzaqgörən, güclü və iradəli bir şəxs kimi xarakterizə edirik. Ancaq Heydər Əliyev yalnız xalqı ilə bağlı məsələlərdə deyil, ailəsi ilə bağlı məsələlərdə də çox səmimi və həssas idi...

Heydər Əliyev kimi şəxsiyyətlər keçmişdən izsiz ayrılmırlar. Onların tarixdəki yeritəkcə yüksək səviyyəli rəhbər və liderlər üçün yox, sadə insanlar üçün də bir nümunə olmalıdır. Həm Azərbaycanda, həm də əvvəllər Sovet İttifaqı adlandırılan ərazidəki dövlətlər üçün..- Yuri Lujkov ümumilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bu sözlərlə tamamlayıb.

Xəbər lenti