Xəzər Xəbər

"Mercedes"in sürücüsü kəsici-deşici alətlə Agentlik əməkdaşlarına HÜCUM ETDİ VİDEO

Veb TV | 19:39 • 6 Dekabr 2018
"Mercedes"in sürücüsü kəsici-deşici alətlə Agentlik əməkdaşlarına HÜCUM ETDİ

Bakıda cərimə yazan Nəqliyyat Agentliyinin əməkdaşına silahlı hücum olub.

Hadisə ötən gün axşam saatlarında Nərimanov rayonu, metronun ''Gənclik'' stansiyasının yaxınlığında baş verib. Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşı İsmayıl Rzayev ''10-UP-565'' dövlət nömrə nişanlı avtomobilin sürücüsünə avtobus dayanacağında dayanmamalı olduğunu bildirib. Bu vaxt sürücü küt və kəsici-deşici alətlərlə ona hücuma edib.

Ətrafdakı insanların köməyi ilə sürücünün əlindəki kəsici alət alınıb. Daha sonra sürücü avtomobili ilə ərazindən uzaqlaşıb.

Bu aradaNərimanov rayon Polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, bu cür hallar müfəttişlərə qarşı bir neçə dəfə olub. Belə halların qarşısını almaq üçün qabağlayıcı tədbirlər görülür.

Mais Ağayev onu da bildirdi ki, Bakı Nəqliyyat Agentliyi dayanma və durma ilə bağlı cəriməni bundan sonra şəhərin bir çox ərazisində quraşdırılan kameralar vasitəsi ilə həyata keçirəcək.

Xəbər lenti