Xəzər Xəbər

Amaliya Pənahovanı SON MƏNZİLƏ BELƏ YOLA SALDILAR - VİDEO

Veb TV | 19:01 • 9 Noyabr 2018
Amaliya Pənahovanı

Müasir Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilib. Aktrisa ilə son görüşə ailə üzvləri ilə yanaşı, nazirlər, millət vəkilləri, sənət adamları və sənətinin vurğunları gəliblər. Vida mərasimindən sonra o, vəsiyyətinə uyğun olaraq, həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında, "qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Azərbaycan səhnəsinin Tomrisi, Burla Xatunu, Ofeliyası Amaliya Pənahova sevənləri ilə vidalaşdı.

Xalq artisti, şərəf və söhrət ordenli aktrisa bu gün sonuncu dəfə səhnəyə çıxdı. Ancaq bu dəfə nə danışdı, nə də hər hansı bir rol oynadı.. Sadəcə səhnədə səssizcə durdu, onu sevənlər isə bu böyük itkinin ağrısı ilə onu seyr etdilər...

Böyük sənət adamı ilə vida mərasimində iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev dedi ki, Amaliya Pənahova Azərbaycan teatrı üçün əvəzolunmaz şəxslərdən biridir. Onun teatr və kino sənətinin inkişafında böyük xidmətləri olub və indiyə qədər 500-dən artıq yaddaqalan obraz yaradıb..

Ailə üzvləri və doğmaları ilə yanaşı, sənət dostları da aktrisanı son mənzilə yola salmaq üçün gəlmişdilər.

İstər onunla bir səhnəni bölüşüb tərəf müqabili olanlar, istərsə də ondan sonra gəlib ondan öyrənən nəsillər üçün Amaliya Pənahovanın itkisi ağırdır

Sevənləri ilə vida mərasimi başa çatdıqdan sonra aktrisa öz vəsiyyətinə uyğun olaraq həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Amaliya Pənahova ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib.

Xəbər lenti