Xəzər Xəbər

Bərdədə tiryəkxana aşkar edildi İki alıcı iş başında yaxalandı - VİDEO

Veb TV | 18:40 • 9 Noyabr 2018
Bərdədə tiryəkxana aşkar edildi

Bərdə şəhər sakininin öz evində tiryəkxana saxlaması müəyyən edilib.

Bərdə rayon polis şöbəsindən verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Novruzov Mirxaliq Mirkazım oğlunun evində tiryəkxana saxlaması müəyyən edilib.

Əməliyyat axtarış tədbirləri nəticəsində M. Novruzovun yaşadığı evin həyətində olan tikiliyə baxış keçirilərkən narkotik vasitələrin istehlakı və hazırlanması üçün nəzərdə bir ədəd çuqun kasa, 23 ədəd istifadə olunmuş şpristlər, bir ədəd tərəzi və daşları , eləcə də M. Novruzovun üzərindən 60 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Həmin vaxtı tiryəkxanaya heroin alıb istifadə etmək üçün gələn rayon sakini 32 yaşlı Anar Quliyev və 27 yaşlı Eldəniz Əliyev saxlanılıb.

Eyni zamanda, hadisə yerində əməliyyat istintaq qrupu müayinə və araşdırma apararkən M. Novruzovun qardaşı Mirkamal Novruzov polis əməkdaşlarının qanuni işlərinə müdaxilə edib araşdırmanın qarşısını almağa, maddi sübutları məhv etməyə cəhd etsə də, onun hərəkətlərinin qarşısı alınıb.

M. Novruzov barəsində 234.1-ci maddə ilə bir il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəmi 8 gün sonra təkrar cinayət törədib.

Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində CM-nin 238.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti