Xəzər Xəbər

Toyuq əti və yumurta idxalına yüksək rüsumların müddəti uzadıldı VİDEO

Veb TV | 20:59 • 8 Noyabr 2018
Toyuq əti və yumurta idxalına yüksək rüsumların müddəti uzadıldı

Toyuq əti və yumurtaya ötən il ərzində tətbiq olunan yüksək idxal rüsumu 2019-cu ilin sonunadək davam edəcək. Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Belə ki, xaricdən gətirilən 1 kiloqram toyuq ətinə 1 dollar, 1000 yumurtaya isə 100 dollar həcmində idxal gömrük rüsumu tətbiq olunacaq.

Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar idxal rüsumu alınacaq.

Bu, Nazirlər Kabinetinin "Azərbaycana gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə etdiyi dəyişiklikdə əksini tapıb. İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, Toyuq ətinə yüksək idxal rüsumu 2016-cı ildən tətbiq edilməyə başlayıb.

Rəşad Həsənovun sözlərinə görə bu addımın atılmasına məqsəd ölkədə daxili istehsalı stimullaşdırmaq və yerli məhsulların rəqabət qabiliyyətini yüksəltməkdir.Yerli toyuq istehsalçıları isə dövlətin bu dəstəyi qarşılığında qiymətləri stabil saxlamayaraq yüksəldiblər. Ekspert bildirir ki, daxili istehsalçıların qiyməti normada saxlaması üçün də addımlar atılmalıdır.

Onu da qeyd edək ki, yüksək gömrük idxal rüsumları yumurta və toyuq əti ilə yanaşı soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilərə də şamil edlir...Qəraq 2019-cu ilin sonunadək qüvvədə olacaq.

Xəbər lenti