Xəzər Xəbər

Böyükşor gölündə üzən günəş panelləri quraşdırılacaq VİDEO

Veb TV | 20:29 • 8 Noyabr 2018
Böyükşor gölündə üzən günəş panelləri quraşdırılacaq

Böyükşor gölündə üzən günəş panelləri quraşdırılacaq.

Pilot layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə 3 ölkədə - Azərbaycan, Əfqanıstan və Qırğızıstanda həyata keçirilir. Layihənin ümumi dəyəri 3 milyon dollar həcmindədir. Bu çərçivədə Böyükşor gölündə fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulub.

Energetika Nazirliyinin Enerji Səmərəliliyi və Ekologiya şöbəsinin müdir müavini Ələsgər Həsənovun sözlərinə görə, Ekspertlər tərəfindən gölə baxış keçirilib və enerji mənbəyinin quraşdırılacağı ərazilər müəyyən edilib. Sistem gölün tullantılardan təmizlənmiş hissəsində quraşdırılacaq.

Layihənin 2021-ci ilin mart ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti