Xəzər Xəbər

Hindusların Divalisi başlandı VİDEO

Veb TV | 17:03 • 8 Noyabr 2018
Hindusların Divalisi başlandı

Hindistanda, Şri-Lankada, Nepalda və hindusların icma şəklində yaşadıqları bütün ölkələrdə Divali bayramı qeyd olunmağa başlanıb.

Daily Mail bildirir ki, "Alov bayramı" kimi də tanınan bayram Xeyrin Şər üzərində qələbəsini təcəssüm etdirir.

Bayram günlərində şamlar və fənərlər yandırılır, tonqallar qalanır, səmaya fişənglər buraxılır.

Divali bayramı həm də Vişnu tanrısının 7-ci təzahürü olan Ramanın qayıdışının təcəssümüdür.

Milli.Az


Xəbər lenti