Xəzər Xəbər

Görüntülər Cəlilabaddandır: Meşə ağaclarına kim qənim kəsilib? - VİDEO

Veb TV | 20:48 • 12 Oktyabr 2018
Görüntülər Cəlilabaddandır:

Cəlilabadda bir qrup şəxs ağaclara qənim kəsilib. Bundan xəbər tutan sakinlər aidiyyatı qurumlara məlumat veriblər. Araşdırmadan sonra həqiqətən də təzə kəsilən ağaclar aşkarlanıb. Hadisə ilə bağlı polis araşdırma aparır.

Gecə saatlarında meşə ərazisindən ağaclar kəsilir. Bunu kənd sakinləri aşkarlayıb.

Görüntülər Cəlilabaddandır. RayonunBadamağacı kəndinin sakinlərinin sözlərinə görə, bir aya yaxındır ki,meşədə, əsasən 9 saylı meşə dolayında ağaclarkütləvi şəkildə məhv edilir. Sakinlərin sözlərinə görə, 30, 40 smdiametriola "Nil " və "Palıd" ağacları satış məqsədi ilə kəsilir.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayon şöbəsindən bildirdilər ki,9 saylı meşə dolayına qənim kəsilənlər eləBadamağacı kəndinin sakinləridir. Dolayın gözətçisi Əlisahib Əsmətovun sözlərinə görə sakinlər ağacları gecələr doğradığından meşənin mühafizəsi də çətinləşir.

Mərkəzdən bildirdilər ki, ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı akt tərtib edilib. Hadisə polis şöbəsində araşdırılır.

Cəlilabad meşə mühafizəsi və bərpası müəssisəsindən verilən məlumata görə son bir neçə ayda ağackəsməynən bağlı 10-dan artıq akt tərtib olunub.

Xəbər lenti

Çox oxunanlar