Xəzər Xəbər

Yerevan sammitinin iflası: “Bu təşkilat ölüdür” VİDEO

Veb TV | 20:50 • 12 Oktyabr 2018
Yerevan sammitinin iflası: “Bu təşkilat ölüdür”

Ermənistanın böyük həvəslə hazırlaşdığı Frankofoniya Təşkilatının 17-ci Sammiti qalmaqallarla start götürüb. Müxtəlif fransızdilli ölkələrin dövlət və hökümət başçılarının iştirakı ilə keçirilən tədbirin ilk günü Fransa və Kanadanın çəkişməsi və nüfuz savaşı ilə yadda qalıb. Rənagrənglik, sülh və tolerantlıq prinsipləri üzərində qurulan təşkilatın düşdüyü vəziyyəti isə ən yaxşı qurumun baş katibi Mişel Jan ifadə edib. "bu təşkilat ölüdür".

17-ci Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin uğursuzluğa düçar oldu.

Məramı humanizm, rəngarənglik və sülh kimi beynəlxalq dəyərlərlər olan təşkilatın, növbəti sammitini Ermənistanda keçirməsi əslində uğursuzluğun ilk siqnalı idi. Çünki Ermənistan bir dövlət kimi bu dəyərlərə nəyinki hörmət etməyib əksinə, terroru dəstəkləyib, etnik təmizləmə siyasəti yürüdüb, hətta 20 əsrin ən böyük tarixi cinayətlərindən olan Xocalı soyqırımını törədib. İşğalçılıq siyasətini davam etdirməklə bu dövlət bu gün belə bir sammitə təşkilatçılıq etməyə mənəvi haqqı çatmırdı.

Keçirildiyi məkanın ruhu deyəsən sammitin gedişinə təsirsiz ötüşməyib. Belə ki tədbir Fransa Prezidenti Emmanuel Makron ilə Kanada Baş naziri Castin Tridönün arasında Frankofoniyaya rəhbərlik uğrunda gərgin mübarizə meydanına çevrilib. Politoloq bildirir ki, burada əsas məqsəd heç də sözügedən dəyərlərin təbliği yox təşkilata üzv dövlətləri nüfuz dairəsində saxlamaqdır.

Təşkilatın düşdüyü vəziyyəti isə ən çılpaq formada qurumun baş katibinin sözləri ifadə edir. Baş katibi Mişel Jan da Frankofoniyanı ölü təşkilat adlandırıb. O, sammitin açılışı zamanı etdiyi çıxışında təşkilat barədə tənqidi açıqlamalar verib.

Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin namizədliyinə o qədər də xoş baxmasalar da, Fransanın sözündən çıxa bilmirlər. Rəsmi təhsil dilini fransızdan ingilisə dəyişmiş bir ölkənin xarici işlər nazirinin "fransız dili amili" üzərində qurulmuş təşkilata necə başçılıq edəcəyi isə müxtəlif suallar doğurur. Təşkilata yeni üzv olmuş Ermənistanın sammitlə bağlı planları isə tamamı ilə puç olub. Çünki Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlardakı nüfuzu, xüsusi ilə də qoşulmama hərəkatındakı fəal iştirakı Ermənistanı ciddi narahat edir. Frankafoniyaya üzv olmaqla ona müvəqqəti rəhbərlik etmək niyyətinədə olan Ermənistan bu arzusu deyəsən ürəyində qalacaq.

Xəbər lenti