Xəzər Xəbər

Evləri tərk edin! Bakının bu hissəsində yaşayanlara XƏBƏRDARLIQ - VİDEO

Veb TV | 20:55 • 12 Oktyabr 2018
Evləri tərk edin!

Paytaxtın Badamdar qəsəbəsində yenidən sürüşmə qeydə alınıb. Buna görə Badamdar şossesində hərəkət məhdudlaşdırılıb və ərazidəki evlərin kommunikasiya xətləri kəsilib. Üstəlik vətəndaşlara evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Səbail rayonu Badamdar qəsəbəsindən 20 sahəyə gedən yolun kənarındakı yamacda torpaq sürüşməsi baş verib. Sürüşmənin miqyası böyük olduğundan ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Məsələ ilə əlaqədarFövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri hadisə yerində olublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə ərazidə sonuncə dəfə aktivlik 2012-ci ildə müşahidə edilib və buna görə də 1 il sonra istinad divarı çəkilib .

Hazırda yamacın üst hissəsində olan 11 evə işığın suyun ,qazın verilişi dayandırılıb və 8 evin sakinlərinə buranı boşaltmaqla bağlı xəbərdarlıq edilib. Eyni zamanda yamacın aşağı hissəsində olan 4 iaşə obyektinində fəaliyyəti dayandırılıb.

Milli Geoloji Kəşfiyyat Xidmətinin ekspedisiya rəisi əziz Qaralov bildirib ki,ərazidə geoloji araşdırmlar yekunlaşdıqdan sonra yenidən terrasın düzəldilməsi gözlənilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yolun bağlanmasu səbəbindən 53 və 205 nömrəlimarşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti dəyişib və onlar alternativ yollardan istifadə edərək ''20-ci sahə'' yə gedirlər. Səbail rayon icra hakimiyyətindən verilən məlumata görə isə geoloji araşdırmaların nəticəsindən aslı olaraq yolun açılıb açılmayacağı və ordakı evlərin taleyi ilə bağlı qərar veriləcək.

Xəbər lenti