Xəzər Xəbər

Sumqayıt bulvarında faciəvi ölüm: Dənizə kəllə vuran kişi… - VİDEO

Veb TV | 18:53 • 12 Oktyabr 2018
Sumqayıt bulvarında faciəvi ölüm:

Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və "Damba” adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticəsə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər 3 dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti