Xəzər Xəbər

İnstagram-da 2,1 milyon izləyicisi olan azərbaycanlı qız maşın dartdı - VİDEO

Veb TV | 13:58 • 12 Oktyabr 2018
İnstagram-da 2,1 milyon izləyicisi olan azərbaycanlı qız maşın dartdı -

Azərbaycanlı idmançı Bahar Nəbiyeva maraqlı addım atıb.

Əslən azərbaycanlı olan idmançı Ukraynada "Infinity" maşınını dartıb.

Əzələli ayaqları və ideal bədəni sayəsində İnstagram-da böyük məşhurluq qazanan Bahar kişilərin edə bilməyəcəyi addımı atıb. Baharın maşın darması çoxlarının marağına səbəb olub.

Qeyd edək ki, Bahar 2013-cü ildən etibarən idmanla məşğul olmağa başlayıb və 4 il ərzində belə heyrətamiz nəticə əldə edib.

İnstagram-da 2,1 milyon izləyicisi olan idmançı görünüşü ilə internetdə fenomenə çevrilib.

Xəbər lenti