Xəzər Xəbər

Azərbaycanlı taksidə 10 min dollarını unutdu - VİDEO

Veb TV | 11:57 • 12 Oktyabr 2018
Azərbaycanlı taksidə 10 min dollarını unutdu -

İstanbulda istifadə etdiyi taksidə cibində 10 min dollar olan pencəyini unudan azərbaycanlı iş adamının pulları geri qaytarılıb.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə Yenibosnada baş verib.

40 yaşlı Tahir Məmmədov taksidən enərkən pencəyini götürməyi unudub. Bir müddət sonra vəziyyəti anlayan Məmmədov taksi sürücüsünün telefon nömrəsini tapıb və onunla əlaqə saxlayıb.

Sürücü Yaqub Bayıroğlu pulları sahibinə qaytarıb.

"Avtomobildən düşən zaman pencəyini unudub. Düşdükdən 3-4 dəqiqə sonra mənə zəng etdi. Görüşüb, pulunu qaytardım”, - sürücü deyib.

Tahir Məmmədov isə sürücüyə bu addımına görə təşəkkür edib:

"Yaqubatəşəkkür edirəm. Azərbaycandan gəlmişəm. Biz, əslində, birmillət, iki dövlətik. İstanbulda belə bir şeyin başıma gələcəyini bilməzdim. Ticarət işi ilə bağlı pulu yanımda götürmüşdüm. Allah ondan razı olsun. Məni çox sevindirdi”.


Xəbər lenti