Xəzər Xəbər

Gəncədə yollar yenidən qurulur VİDEO

Veb TV | 20:44 • 11 Oktyabr 2018
Gəncədə yollar yenidən qurulur

Gəncədə yollar yenidən qurulur. İlkin mərhələdə asfaltlama işlərişəhərin 30 küçəsini əhatə edəcək. Həmçinin küçələrin işıqlandırma sistemləri də dəyişdiriləcək.

Gəncənin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar şəhərin bir sıra küçələrində qazıntı işləri aparılıb. Xətlərin çəkilib, yekunlaşdığı küçələrin asfaltlanması işləri isə indiyədək yarımçıq qalmışdı..

Dövlət başçısının sərəncamı ilə Gəncənin yol infrastruktrunun yenilənməsiişlərinə vəsaitin ayrılmasındansonra şəhərdə genişmiqyaslı işlərə başlanıb. Proses ilkin mərhələdə şəhərin 30 küçəsini əhatə edəcək. Yolların asfaltlanması işlərinə parallel olaraq səkilər də abadlaşdırılacaq.

Yolların yenidən qurulması ən çox sürücülərin işini asanlaşdıracaq.

İlkin mərhələdə asfaltlama işləri ancaq su xəttlərinin çəkilməsi zamanı qazılan küçələrdə aparılacaq. Ara küçələrin asfaltlanması isəsukanalizasiya işləri tam yekunlaşandan sonra nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar