Xəzər Xəbər

Bakıya qonaq gələn Gəncə sakinin avtomobilini oğurladılar VİDEO

Veb TV | 20:52 • 11 Oktyabr 2018
Bakıya qonaq gələn Gəncə sakinin avtomobilini oğurladılar

Gəncə sakini Bakıya qonaq gəlməyinə peşman olub. Onun qohumun yaşadığı binanın həyətindəsaxladığı avtomobili oğurlanıb. Maşının içində pul və sahibinə məxsusalətlər olub.

Bakıya qonaq gələn Gəncə sakinin avtomobilini oğurladılar.

Hadisə oktyabrın 5-dən 6-sına keçən gecə saat 4 radələrində Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi 153 ünvanında baş verib. Bakıdakı qohumlarının evinəqonaq gələnEmin Bağırov avtomobili onların həyətində saxlayıb. Səhəri gün isə o saxladığı yerdə maşını tapmayıb.

Avtomobilin sahibi Emin Bağırovun sözlərinə görə, oğurlanan maşın sonuncu dəfə Əmircan Bülbülə istiqamətində təhlükəsiz şəhərkameralarına düşüb. 6 gündür ki, avtomobilindən xəbər yoxdu.

Zərərçəkən deyir ki,binanın həyətində avtomobillərin parklanmasını təşkil edənnəzarətçi də var. Üstəlik ərazi 24 saat kamera nəzarətindədir. Sözügedən nəzarətçini yerində tapa bilməsək də, Emin Bağırovun sözlərinə görə, parklanmaya cavabdeh olan şəxs də avtomobilin oğurlanmasını onunla birlikdə səhər saatlarında öyrənib.

Faktla bağlı Nərimanov rayon polis idarəsinin 18 ci polis bölməsindən bildirdilər ki. məsələylə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti