Xəzər Xəbər

Almaniyadan Ermənistana zərbə: Qarabağ Azərbaycana məxsusdur - VİDEO

Veb TV | 20:58 • 10 Oktyabr 2018
Almaniyadan Ermənistana zərbə:

Almaniya hökumətiqondarma dağlıq qarabağ respublikasını tanımır. Dağlıq Qarabağ və 7 ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. Bunu Almaniya Federativ Respublikasınınhökuməti , bundestaqın sağçı radikal AFD fraksiyasının sorğusuna cavabı zamanı bəyan edib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.Ekspertləralmaniyanın dağlıq qarabağla bağlı qəti mövqe ortaya qoymasını,Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndiriblər.

Bir müddət əvvəl Almaniya Bundestaqının sağçı radikal fraksiyası hökumətə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda sorğu göndəribvə sorğuda Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. AFR hökumətinin sorğuya cavabının girişində aydın şəkildəqeyd olunub ki, Almaniya ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. Hökumət qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımır. Sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?" sualına hökumət "dağlıq qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" deməklə öz qəti mövqeyini ortaya qoyub.

Məsələni şərh edən millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, Almaniya Hökumətinin bəyanatında bir sıra vacib məqamlar üzə çıxır.

Millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağın azərabaycanın tərkib hissəsi olduğunu məhz Almaniyanın ifadə etməsi olduqca əhəmiyyətlidir. Çünki Almaniya Avropa İttifaqının əsas üzvlərindən biridir. Almaniyanın nüfuzu, Avropa İttifaqındakı və Avropa siyasətindəki çəkisi çox yüksəkdir.

Hikmət Babaoğlu qeyd edib ki, Almaniyanın belə bəyanatla çıxış etməsi heç də təsadüfi deyil. Bu uzun illərdir həyata keçirilən düşünülmüş beynəlxalq siyasətin məntiqi nəticəsidir.

Görünən odur ki, düşünülmüş beynəlxalq siyasət nəticəsində aparıcı dünya dövlətləri Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edirlər.

Xəbər lenti