Xəzər Xəbər

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 1 ölü - VİDEO

Veb TV | 19:36 • 10 Oktyabr 2018
Bakı-Sumqayıt yolunda dəhşətli qəza:

Abşeronda yol nəqliyyat hadisəsi baş verib.İdarəetməni itirən sürücünün avtomobilidəmir arakəsmələrə çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Cəlilabadda isə 2 avtomobilin toqquşması 4 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnib.

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan minik avtomobili Xırdalan qəbristanının yaxınlığında idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlıElvin Məmmədovdünyasını dəyişib. Sürücü isə ağır yaralanıb. Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub. Faktla bağlı araşdırma aparılır.

Ələt-Astara magistralyolunun108-cikilometrliyində, Cəlilabadın Uzuntəpə kəndiərazisində Rusiya vətəndaşı Məhərrəmbağır Məhəmmədovun idarə etdiyiyük avtomobili Cavid Qasımovun idarə etdiyiminik avtomabili ilə toqquşub. Nəticədə minik avtomobilininsürücüsü və onun 4 yaşlı qızı LaləQasımova ağır bədən xəsarətləri alıblar. yaralılar Cəlilabad rayon xəstəxanasına çatdırılıb. Kəllə- beyin travması alan azyaşlının vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti