Xəzər Xəbər

Məşhur müğənnilər BARIŞDI - VİDEO

Veb TV | 15:21 • 10 Oktyabr 2018
Məşhur müğənnilər

Müğənni Gülben Ergen küsülü olduğu həmkarı Demet Akalınla barışıb.

G.Ergen həyat yoldaşı Okan Kurtdan boşanan müğənni Demet Akalına barışıq jesti edib Barışıq jestini qəbul edən Demet Akalın və Gülben Ergen dünən axşam restoranda görüşərək aralarındakı buzları əridib. Onlar Dəniz Sekini dinləməyə gedib.

Gecənin qızğın vaxtında səhnəyə çıxan Demet və Gülben Dəniz Seki ilə birlikdə duet ifa edib. Ulduzların səmimi görüntülərini D.Akalın instaqramda paylaşaraq "Nə olmasından asılı olmayaraq, əsl dostların əlini buraxmayın", - deyə qeyd edib.

Keçmiş rəfiqələr keçən il səbəbi bilinməyən hadisədən dolayı küsərək bir-birilərini İnstaqram hesablarından silmişdi./publika.az

Xəbər lenti