Xəzər Xəbər

Xəzər dənizinin əsas çirklənmə mənbələri açıqladı VİDEO

Veb TV | 20:54 • 14 Sentyabr 2018
Xəzər dənizinin əsas çirklənmə mənbələri açıqladı

"Xəzər dənizinin ekoloji durumunda baş verən müəyyən problemlər , öz mənfi təsirini göstərir. Plastik tullantılar nəticəsində yaranan çirklənmə ilə bağlı həyəcan təbili çalınmalıdır''. Bu fikirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi brifinqdə səsləndirilib. Mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə Xəzər sahili ərazilərində reydlər keçirilib və faktlar aşkarlanıb.

Xəzər dənizinin əsas çirklənmə mənbələri açıqlanıb.

Ekologiya və Təbii Səvətlər Nazirliyi Daxili İşlər Nazirliyi ilə birgə Xaçmaz, Astara, Lənkəran rayonları, Sumqayıt şəhəri və Bəkı şəhərinin Binəqədi və Sabunçu rayonlarının Xəzər sahili ərazilərində reydlər keçirib. Xəzər sahilində yerləşən bəzi istirahət mərkəzlərində qanuna uyğun olmayan faktlar aşkarlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimovun sözlərinə görə, əsas çirklənmənin mənbələri antropogen fəaliyyətlə bağlıdır. Sahil zolağında və çimərliklərdə ətrafın vətəndaşlar tərəfindən çirkləndirilməsi antisanitar vəziyyətə yol açmaqla yanaşı ekoturizmin inkişafına da mənfi təsir göstərir.

Ətraf mühitin siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Rasim Səttarzadə isə xüsusilə Xəzər dənizinin plastik tullantılarla çirkələnməsinə diqqət çəkib.

Bildirilib ki, Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların və ictimaiyyətin rolu əvəzsizdir. Mühitin çirkləndirilməsi hallarının şahidi olduqda nazirliyin 24 saat ərzində fəaliyyət göstərən 168 nömrəli "qaynar xətt" xidmətinə məlumat verilməsi xahiş olunur.

Xəbər lenti