Xəzər Xəbər

Prezident məktəb açılışında VİDEO

Veb TV | 20:56 • 14 Sentyabr 2018
Prezident məktəb açılışında

Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Çünki ölkədə bizi hələ də narahat edən məsələlər var və onları həll etmək üçün gərək bizdə məlumat olsun. Prezident İlham Əliyev bu gün Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində belə deyib.

Əhalisinin sayı 25 min nəfərdən çox olan yaşayış massivindəki məktəb cəmi bir ilə inşa olunub. Əvvəllər bu qəsəbədə məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Bununla bağlı prezidentə məlumat çatdırıldıqdan sonra dövlət başçısı dərhal göstəriş verib. Qısa müddətdə inşa edilən 960 şagird yerlik məktəbdə hər cür şərait var.

Prezident əlavə edib ki, bu il Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Ümumilikdə Ölkədə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı isə , gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. Dövlət başçısı müəllim-şagird kollektivi ilə görüşündə ictimai nəzarətin əhəmiyyəti barədə danışıb. və vətandaşları bu məsələdə daha aktiv olmağa çağırıb.

Sonra dövlət başçısı yaradılan şəraitlə ətraflı tanış olub.Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Məktəbdə birinci sinif şagirdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Burada 70 müəllim fəaliyyət göstərəcək. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb.

Xəbər lenti