Xəzər Xəbər

"Kino-Mən" kinosevərlərin görüşünə gəlir VİDEO

Veb TV | 20:52 • 14 Sentyabr 2018
"Kino-Mən" kinosevərlərin görüşünə gəlir

Dalğa televiziyası yeni mövsümə yeni verilişlə start verir. Kino-Mən verilişi hər həftənin bazar günü axşam saat 10-da kinosevərlərin ixtiyarına veriləcək. Yeni verilişdə tamaşaçıları bir sıra sürprizlər də gözləyir.

Dalğa televiziyası yeni dönəmdə yeni verilişlə kinosevərlərin görüşünə gələcək...

Anar Vəliyevin təqdimatında sentyabrın 16-da axşam saat 10-da yayımlanacaq Kino-Mən verilişi hər bazar günü eyni vaxtda kino həvəskarlarının ən çox izlənən ünvanı olacaq.

Artıq ilk veriliş hələ yayımlanmamış Kino-Mən komandası sosial şəbəkələrdə veriliş haqqında çoxsaylı məlumatlar da paylaşıblar. İzləyicilər sosial hesablardan da Kino-Məni izləyərək bütün yeniliklərdən xəbərdar ola bilərlər.

Kino-Mən verilişinin rubrikaları da bir-birindən maraqlı və diqqət çəkən olacaq. Belə ki, kino-məndə hər həftə müxtəlif filmlərdə çəkiliş xətalarından bəhs edən " upsss" rubrikası da olacaq. Bu rubrikanı izləməklə tamaşaçılar filmlərin çəkilişi ilə bağlı da dərin təəssürata sahib olacaqlar.

Dalğa TV-də bütün filmlər azərbaycan dilində və ən peşakar aktyor, aktrisaların təqdimatında nümayiş olunacaq. Hansısa səbəbdən filmi yayın zamanı izləyə bilməyən tamaşaçılar Dalğa TV-nin saytına daxil olaraq həmin kinoları yüksək keyfiyyətdə və kəsintisiz izləyə bilərlər.

Xəbər lenti