Xəzər Xəbər

Ağsuda ağır qəza baş verdi VİDEO

Veb TV | 17:55 • 14 Sentyabr 2018
Ağsuda ağır qəza baş verdi

Ağsuda ağır yol qəzası baş verib. Hadisə Ağsu-Yevlax yolunun 176-cı kilomterliyində qeydə alınıb. Rayonun Padar kənd sakini Şikayət İsrafilov idarə etdiyi minik avtomobili ilə rayon mərkəzindən yaşadığı kəndə gedərkən maşının arxa təkəri yerindən çıxıb və nəqliyyat vasitəsi bir neçə dəfə aşıb.

Avtomobildə olan sərnişin, 17 yaşlı İlham İsrafilov baş nahiyəsindən xəsarət alıb. Əməkdaşımız Rafiq Həsənov da rayon mərkəzinə çəkilişə gedərkən baş verən hadisə ilə qarşılaşıb və yaralını öz maşını ilə Ağsu rayon mərkəzi xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti